Göyərtəsində azərbaycanlıların olduğu gəmi batdı

Moldova bayrağı altında üzən “Berq” gəmisi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, Qara dənizdə, Krım yaxınlığında üzən yük gəmisinin gövdəsi zədələnib.

Gəmidə olan 12 nəfərlik heyət xilas edilib. Onların içərisində Ukrayna və Azərbaycan vətəndaşları da olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.