!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İçkidən kütləvi zəhərlənmə – 25 ölü, onlarla xəstə – Suriyada

!Reklam – Yazi

suriye-de-25-kisi-sahte-ickiden-oldu-2077352Hər gün onlarla insanın bombalardan öldüyü Suriyada bu dəfə 25 nəfər saxta içkidən dünyasını dəyişdi. Yenicag.az xəbər verir ki, hadisə PKK Terror Təşkilatının Suriya qolu PYD-nin nəzarətində olan Hasekeyə bağlı Qamışlı rayonunda baş verib.

 Suriyada Əsədin nəzarətində olan Humus və Suveydədə istehsal olunan spirtli içkilər Qamışlıda yerləşən restoran və gecə klublarında satılmaqdadır.  Dünən isə spirtli içkidən zəhərlənən onlarla insan xəstəxanalara axın edib. Bu saata qədər 25 nəfərin həyatını itirdiyi, onlarla insanın isə hələ də müalicəsinin davam etdiyi bildirilir.

 Zəhərlənmənin səbəbinin içkiyə qatılan rəng və parfumeriyaların hazırlanması üçün istifadə edilən metil maddəsinin olduğu məlum olub.  

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv