İçkili gənclər kilsə yaxınlığında avtomatdan atəş açdılar – VİDEO

Moskvada bir qrup gənc “Müqəddəs Məryəm kilsəsi”nin yaxınlığında avtomatdan atəş açıblar.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə üç oğlan və bir qızdan ibarət qrup özünü sadəcə səs-küylü aparıb, daha sonra gənclərdən biri baqajdan avtomat götürərək atəş açmağa başlayıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Hazırda gənclər polis tərəfindən axtarılırlar.