İcma: “Avropa İttifaqının “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur”

“Avropa İttifaqının 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ifadəsinin yer alması, Qarabağ ermənilərinin qayıdışı məsələsinin qabardılması, Qərbi azərbaycanlıların isə öz dədə-baba yurdlarına qayıdış hüququna toxunulmaması bir daha Avropa İttifaqının ikili standartların əsiri olmasını, məsələlərə etnik və dini simpatiya prizmasından yanaşmasını nümayiş etdirir”.

Bu barədə Qərbi Azərbaycan icmasının açıqlamasında bildirilib.

Qeyd olunub ki, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” narrativi artıq heç Ermənistanın özü tərəfindən belə səsləndirilmir və bu mənada Azərbaycan-Ermənistan məsələlərinə Fransanın gözü ilə baxan Avropa İttifaqının “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur.

COP29