İçməli suyu “Roro” şirkətindən alın! – Bu filtrlər bütün bakteriyaları aradan qaldırır

Əhalinin sürətli artımı suya olan tələbatı günü-gündən artırır. Su ehtiyatları isə sabit qalır. Dünyadakı suyun yalnız 2,5%-i şirin sudur. Bunun 87%-i buzlaqlarda, torpaqda, atmosferdə və yeraltı sularda olur və istifadəyə yararsızdır. Hazırda dünya əhalisinin 40%-ni təşkil edən 80 ölkə artıq su çatışmazlığından əziyyət çəkir.

Ölkəmizdə də şirin su ehtiyatları çox məhduddur və ehtiyacı çətinliklə ödəyir. Ümumi yanaşdıqda, adambaşına düşən sudan istifadə cəmiyyətin inkişaf səviyyəsi ilə düz mütənasibdir. İnkişaf etmiş ölkələrdə bu göstərici kifayət qədər yüksək olsa da, inkişaf etməkdə olan ölkələrdə aşağıdır (ABŞ-da 1692 m3, Avropada 726 m3, Afrikada 244 m3-dir).

Belə ki, suyun bədənimiz üçün bildiyimiz və bilmdəyimiz faydaları çoxdur. Buna baxmayaraq, bir çoxu bədəninin ehtiyacı olduğu qədər su içməyi vərdiş halına gətirməkdə çətinlik çəkir.
Su orqanizmin əsas ehtiyaclarından biridir. Bədənin orta hesabla 70%-i sudan ibarətdir. Bədənin funksiyalarını yerinə yetirməsi və sağlamlıq problemlərindən qorunmaq üçün gün ərzində kifayət qədər su içmək lazımdır. Bədəniniz hər gün təxminən 2500 ml su itirir. Yayda və isti günlərdə bu rəqəm daha da arta bilər. Bədənin gün ərzində itirdiyi suyun yerini doldurmaq, enerji itkisi və sağlamlıq problemlərindən qaçmaq üçün böyüklər gündə orta hesabla 2-3 litr su içməlidir.

Çox su içmək ağrıları yüngülləşdirir və ya azaldır. Əgər məşq zamanı baş ağrısı, oynaq ağrısı və kramplar hiss edirsinizsə, su istehlakınızı nəzərdən keçirməli və gündə iki litr su içdiyinizə əmin olmalısınız. Eyni zamanda, böyrək sağlamlığının qorunmasında və toksinlərin atılmasında suyun əhəmiyyətli dərəcədə rolu böyükdür.

Həmçinin kifayət qədər su içmək maddələr mübadiləsini sürətləndirir aşağı enerji və yorğunluq hissini aradan qaldırır. Mütləq vurğulanmalı məqamlardan biri isə ağız sağlamlığı üçün suyun faydasıdır. Çox su içmək dərinin ehtiyac duyduğu nəmliyi təbii yolla təmin etməyin əsas yoludur. Kifayət qədər su içməmək dərinin quruması, qırışların əmələ gəlməsini sürətləndirir.
Arıqlamaq istəyənlər üçün əsas tövsiyələrdən biri bol su içməkdir. Bunun səbəblərindən biri içməli suyun mədəni doldurması və toxluq hissi yaratmasıdır. Xüsusilə yeməkdən əvvəl içilən su iştahı boğur və həddindən artıq yeməyin qarşısını alır. İçməli su kalorilərin yandırılmasına kömək edir və arıqlamağa kömək edir, çünki o, yağların yandırılmasını və maddələr mübadiləsini sürətləndirir.
Bir sözlə, suyun xüsusilə isti günlərdə bədənimiz üçün faydası saymaqla bitməz. Filtrlər vasitəsilə su xlordan, qatı maddələrdən, ağır metallardan, bakteriyalardan və hətta viruslardan təmizlənir. Suyun mineral tərkibi, yeraltı və yerüstü mənbələrdə fərqlidir. Yer üstü mənbələrdən gələn suda adətən, maqnezium, flüor və kalsiumun daha aşağı səviyyədə olur və su təchizatı üçün istifadə olunur. Kiçik şəhərlərdə və kənd yerlərində başqa bir problem, suda dəmir səviyyəsinin tez-tez artmasıdır. Buna görə də suyu keyfiyyətli yerdən içmək çox vacibdir.

Cod suyun təhlükəsi nədir?
Təmizlənməmiş suyun başqa bir xoşagəlməz xüsusiyyəti onun codluğudur. Yuyunduqdan sonra dəriniz quruyur və qabıqlanır və çaydanın dibində ərp görürsünüzsə, suyunuz coddur. Bu, kalsium və maqneziumun konsentrasiyasının əhəmiyyətli dərəcədə çox olduğunu göstərir. Cod suyun bir çox xoşagəlməz nəticələri vardır.

Sağlamlığa mənfi təsir göstərir. Suda həddindən artıq duz olması böyrək daşları və ya sidik yolu, həmçinin ürək problemlərinə səbəb ola bilər. Cod su quru və qocalmış dərini qıcıqlandırır. Yuyunduqdan sonra dərinizi dartılmış hiss edə bilərsiniz. Həssas dərisi olan insanlarda qaşınma və qıcıqlanma mümkündür və uşaqlarda bu cür su tez-tez atopik dermatitə səbəb olur.
Bakının bir çox hissəsində quraşdırılan “Roro” MMC su şirkətinə aid olan su doldurma məntəqələrindəki filtrlər suda olan zərərli kimyəvi maddələri təmizləyir. Xüsusilə suyu qurğuşun, civə və mis kimi ağır metal ionlarından arındırır. Aktiv xlor və bərk maddələri çıxarır. Bakteriyaları məhv edir. Suda yaşayan bəzi bakteriyalar xlor və digər kimyəvi maddələrə davamlıdır. Lakin insanlar üçün təhlükəlidir, çünki ağır mədə-bağırsaq xəstəliklərinə səbəb olurlar. Lakin müasir standartlara tam cavab verən “Roro” filtri suda olan bütün bakteriyaları aradan qaldırır. Dadı yaxşılaşdırır və pH səviyyəsini tənzimləyir.

COP29