İcra başçısı dünyasını dəyişdi – Foto

image-37Ötən gün PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Derik rayonuna etdiyi hücum nəticəsində xəsarət alan icra başçısı Məhəmməd Fatih Safitürk bu gün yerləşdirildiyi Ankara xəstəxanasında keçinib.

Hadisə nəticəsində xəsarət alan digər iki nəfərin vəziyyəti isə qənaətbəxşdir.

Qeyd edək ki, ötən gün PKK terrorçuları Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya raket atıblar.(azvision)