İcra başçısı İzmit bələdiyyəsinin nümayəndələrini qəbul etdi – Fotolar

Azərbaycan xalqının Ümummilli lderi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Bakı şəhəri Nəsimi rayonunda səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndələrini rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qəbul etmişdir. Görüşdə İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit bələdiyyəsinin digər nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə sədri, rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan rayon İcra Hakimiyyətinin başçısı Ulu öndərin Azərbaycan xalqının bu günki əmin-amanlıq şəraitində xoşbəxt yaşaması üçün misilsiz xidmətlərindən danışdı.

Ümummilli lderi Heydər Əliyev tərəfindən dost və qardaş Azərbaycan və Türkiyə xalqları arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və inkişafı üçün etibarlı təməlin qoyulduğunu qeyd etdi. Bu təməl üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Taib Ərdoğan hazırda ölkələrimizin və xalqlarımızın tərəqqisi üçün zəruri tədbirləri uğurla həyata keçirdikləri vurğulandı. Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışmışdır. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan danışmışdır.

Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc çıxış edərək Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhər Nəsimi bələdiyyəsi arasında mövcud olan qardaşlıq münasibətləri zəminində son illər əlaqələrin genişlənməsindən danışdılar. 2015-ci ilin sentyabr ayında ikitərəfli niyyət protokolunun imzalandığı, 2016-cı ilin iyul ayında İzmit Bələdiyyəsinin Bakıda səfərdə olduqları, 2017-ci ilin fevral ayında Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasiminin təşkil edildiyi, 2017-ci ilin dekabr ayında Ulu öndərin anım tədbirlərində Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndə heyətinin iştirak etdiyini qeyd etmişlər.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu.

Daha sonra Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin Körfez bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir. Nümayəndə heyətinin üzvləri tədbirlər çərçivəsində Sakarya Karasu bölgəsində “Qarabağ” küçəsinin, Xocalı parkı və abidəsinin açılış mərasimində iştirak etmiş, Kartəpə və Dərincədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parklarda və İzmit şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev adına Parkda olaraq yaradılmış şəraitlə tanış olmuşlar.

May ayının 9-dan Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərin məzarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzində olaraq Ümummilli Lider Heydər Əliyevlə bağlı eksponatlarla tanış olmuşlar.

Ölkəmizə səfərdən məmnunluq hissi keçirdiklərini deyən nümayəndə heyətinin üzvləri Azərbaycanın inkişafından qürur duyduqlarını bildirdilər.

***

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə yeni park istifadəyə verilib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində Nəsimi rayonu ərazisində genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmış, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə və M.Kazımovski küçələri ilə kəsişməsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişə yaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq süni qazon döşənmiş, 500 metrdən artıq suvarma xətti çəkilmişdir.

Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılmış, 10 ədəd yeni skamyalar qoyulmuşdur. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınmışdır.
Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Bakı şəhərinə səfərə gəlmiş İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri də iştirak etmişlər.

Bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verilən parkın açılış mərasimində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi və müxtəlif rəqs nömrələri təqdim edildi.

Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və İzmit bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Cavadxan küçəsində müxtəlif növ həmişəyaşıl ağaclar əkdilər.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və tədbir iştirakçıları ərazinin sakinləri ilə görüşdülər. Sakinlərlə görüş zamanı Nəsimi rayon icra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq bildirdi ki, Ümummilli lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.
Sakinlərlə görüş zamanı rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, yaxın vaxtlarda istifadəyə verilən parkın davamı olaraq Cavadxan küçəsi boyunca əsaslı təmir və abadlıq işləri davam etdirilərək yaradılacaq istirahət güşəsi yeni parka əlavə olunacaqdır.

Görüşdə çıxış edən İzmit Bələdiyyəsinin nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin “bir millət iki dövlət” sözlərini xatırladaraq Türkiyə Azərbaycan dostluğunda Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışdılar. Bu dostluğun və qardaşlığın davamı olaraq Ulu Öndərin doğum günü münasibətilə yeni istifadəyə verilmiş parka “İzmit parkı” adı verilməsindən böyük məmnunluq hissi keçirdiklərini ifadə edərək Heydər Əliyev ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sakinlər yeni parkın istifadəyə verilməsinə və ərazidə aparılan abadlıq və yenidənqurma işlərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Görüşdə qeyd olundu ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial – iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir.

COP29