!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı kütləvi ixtisarlara başlayır? – Elmar Vəliyev ölkə başçısına yalan danışıb?- Siyahı

!Reklam – Yazi

12509572_221264271540833_3043531969446496760_n“Gəncə” Müstəqil İnformasiya Portalı Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevlə bağlı növbəti sensasiyalı iddialar yayıb. Xəbərdə deyilir ki, “bu günlərdə Gəncə şəhər İcra Hakimiyyətində keçirilən iclasda icra başçısı Elmar Vəliyev idarə və müəssisə rəhbərlərini toplayaraq ixtisarlara başlamaq zamanının çatdığını vurğulayıb. İclas iştirakçılarının verdiyi məlumata görə icra başcısı qeyd edib ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi Azərbaycanın gəlirlərinin kəskin azalmasına gətirib çıxarıb.

Bu səbəbdən də dövlət büdcəsin vəsaitlərinə qənaət etmək məqsədi ilə Gəncədə yerləşən idarə və müəssisələrdə işçilərin 30-40%-ı ixtisar olunmalı, bir sıra tikinti layihələrində gedən işlər ya dondurulmalı, yaxud sürəti azaldılmalıdır və ümumi xərclər minimuma endirilməlidir.

İcra başçısı qeyd edib ki, xüsusi ilə yaxın kəndlərdən və rayonlardan gələn işçiləri ixtisara salmaq məqsədə uyğundur.

“Onların şəhərdə nə işləri var? İşdən çıxardın, qoy gedib kənddə əkinlərini əksinlər, sahələrini becərib öz başlarını dolasınlar!”- deyə bir təklif irəli sürüb Elmar Vəliyev”.

“Gəncə” Müstəqil İnformasiya Portalı bildirir ki, Gəncədə yerləşən bir sıra müəssisə və idarələrdə artıq kütləvi ixtisarlar başlayıb. Hətta “Azəralüminium” ASC də fəaliyyətini tamamilə dayandırıb.

İnsanların maddi durumunun onsuz da acınacaqlı olduğu bir vaxtda, vətəndaşların kredit borclarının içində boğulduğu, ailə başcılarının evlərinə bir tikə çörək gətirməkdə çətinlik çəkdiyi bir dönəmdə kütləvi ixtisarların hansı ağır fəsadlar verəcəyini heç düşünübmü Elmar Vəliyev?

Portalın Elmar Vəliyevin fəaliyyəti ilə bağlı araşdırması da çox maraqlıdır.

Belə ki, portal icra başçısının bu günə qədər vəd edib, gerçəkləşdirmədiyi lahiyələrə işıq salıb.

“YALAN VƏDLƏR KRALI – ELMAR VƏLİYEV” başlıqlı məqaləni qısa ixtisarla təqdim edirik:

Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Elmar Vəliyev ölkə başcısının və gəncəlilərin qarşısında ona göstərilən etimadı doğruldacağına dair söz versə də bu müddət ərzində şəhər əhalisinə verilən vədlər və hələ də icrasına başlamayan layihələr vəziyyətin heç də ürəkaçan olmadığını göstərir.

Mütəmadi olaraq müxtəlif saytlarda piar olunan “Gəncədə filan layihə başlayır”, “Gəncədə filan zavod açılır”, “Gəncədə filan qədər iş yerləri açılır” başlığı altında xəbərlər tirajlansa da, əslində reallıq bundan ibarətdir ki, Elmar Vəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Gəncə iri sənaye şəhərindən ən iri işsizlik şəhərinə çevrilib!

Yalan xəbərlərin və vədlərin kiçik bir hissəsini sizlərə təqdim edirik:

“GƏNCƏDƏ TRAMVAY OLACAQ”– 2013 il noyabrın 20-də Gəncə şəhər İcra Hakimiyyəti ilə bu şəhərdə tramvay yolunu inşa edəcək Fransanın «Newtl» şirkəti arasında memorandum imzalanıb.

Daha sonra xaric şirkətin iştirakı ilə layihənin təmtəraqlı təqdimatı keçirilib.

Lakin o gündən bu günə qədər həmin layihədən heç bir xəbər yoxdur.

“GƏNCƏDƏ YENİ VAQON İSTEHSALI ZAVODU TİKİLƏCƏK” – 2014 – Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2014-cü ilin ikinci yarısının hesabat yığıncağında bildirmişdir ki, Gəncədə 400-dən çox adamın işləyəcəyi zavod tikiləcək. Həmçinin qeyd edib ki, zavodun tikintisi üçün Gəncə Dəmiryol Vağzalı yaxınlığında yer ayrıldığını da bildirmişdir.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində də iştirak ediblər.

Bildirilib ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” MMC arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.

Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək.

Mətbuatda kifayət qədər piar olunan bu xəbər də digərləri kimi yalan vədlərdən başqa bir şey deyildi.

2016-cı il olmasına baxmayaraq bu istiqamətdə bu günə kimi heç bir iş görülməyib, daş daş üstünə qoyulmayıb.

“GƏNCƏDƏ 5 ZAVOD TİKİLƏCƏK” – 2014-cü il may ayının 30-da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuata verdiyi açıqlamada bildirmişdir ki, Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə yeni yaradılacaq zavodlar bir-biri ilə əlaqəli işləyəcək və məhsul əvvəldən axıra kimi heç bir yerə getmədən Gəncədə olan müəssisələrdə hazırlanacaq. Zavodlarda 13 minə yaxın insan işlə təmin ediləcək. Lakin icra başçısının bu vədi də digər vədləri kimi “yalan vədlər” sırasına əlavə olunub.

2016- cı il olmasına baxmayaraq bu günə qədər bu istiqamətdə heç bir iş görülməyib.

Nə Yaponiyadan gələn mütəxəssislər işə başlayıb, nə də ki, zavod fabriklərdən əsər əlamət var.

“GƏNCƏDƏ OLİMPİYA PARKI TİKİLƏCƏK.”

21 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak edərək Gəncə Olimpiya Parkının təməlini qoydu.

Dövlət başçısına məlumat verildi ki, Gəncə Olimpiya Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaqdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaqdır. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcəkdir.

Lakin təməlqoyma mərasimindən artıq iki il keçməsinə baxmayaraq, ərazidə heç cüzi bir iş də aparılmayıb. Hərçənd əldə etdiyimiz məlumata görə Elmar Vəliyev bu layihəni şəhərin öz daxili gücü hesabına ediləcəyini söz vermişdi.

Beləliklə tam əinliklə söyləmək olar ki Elmar Vəiyevin “Gəncə Olimpiya Parkı” get gedə Ostap Benderin “Nyu-Vasyuki”sini xatırladır.

“GƏNCƏDƏ YENİ TEATR BİNASI TİKİLƏCƏK” – 26 may 2014-ci ildə Vaqif Şərifovun 70 illik yubileyinə həsr edilmiş tədbir zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuata açıqlamasında bildirmişdir ki, bu yaxınlarda Gəncə şəhərində Dramatik teatr üçün yeni bina tikiləcək. Təməltökmə mərasimindən xeyli müddət keçməsinə baxmayaraq bu layihə də icrasına aparılamayan layihələr sırasındadır.

“GƏNCƏDƏ MÜASİR TİPLİ TAKSİ ŞƏBƏKƏSİ YARADILACAQ” – 27 mart 2013-cü il.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev: “Özəl taksilər üçün işıqforlardan 15 metr ya arxada ya da ki, qabaqda xüsusi yerlər müəyyənləşəcək. Bununla bağlı şəhər memarına göstəriş vermişik. İlkin olaraq 10 yerdə düzəldiləcək, sonradan bu cür dayanacaqların sayı artırılacaq, artıq şəhərdə müasir taksi şəbəkəsi və xüsusi taksi parklarının yaradılması planlaşdırılır. Sakinlərin rahatlığını təmin etmək üçün “Peugeot” markalı taksilərin gətirilməsi nəzərdə tutulub.

2016-cı ilin ilk ayıdır hələ də Gəncədə nə taksi dayanacaqları nə də ki, “Peugeot” markalı taksilər var.

“GƏNCƏNİN ƏHALİSİ 3 DƏFƏ ARTIRILACAQ” – 19 aprel 2014-cü il tarixində Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin əhalisini 1 milyona çatdıracağını deməsinə baxmayaraq şəhər əhalisi günü gündən daha da azalır.

Və bu gün Elmar Vəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Gəncə artıq ölkənin 2-ci böyük şəhəri statusunu Sumqayıta verib..

“GƏNCƏDƏ XOCALI ABİDƏSİ UCALDILACAQ” – 26 fevral 2014-cü il tarixdə Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan Xocalıdan olan məcburi köçkünlərlə görüşündə bildirmişdir ki Gəncənin yaxınlığında Xocalıdan olan məcburi köçkünlər üçün şəhərcik salınır və şəhərcikdə olan parkda Xocalı soyqırımında şəhid olan azərbaycanlıların xatirəsinə ehtiram olaraq abidə ucaldılacaq.

Verilən vəddən 2 il keçməsinə baxmayaraq Xocalı Abidəsi yoxdur.

“GƏNCƏDƏ FİBEROPTİK KABEL İSTEHSALI” üzrə zavod fəaliyyətə başlayacaq –

23 may 2013-cü il. 2013-cü il I rübünün yekunlarına həsr edilən şəhər fəallarının toplantısında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, Azərbaycanda yüksək keyfiyyətli fiberoptik kabel istehsal edən, dəyəri 100 mln. manat olan zavodun tikintisi planlaşdırılır. Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev bu zavodun məhz Gəncədə tikilməsini məsləhət görüb. İcra başçısı qeyd edib ki, Gəncə artıq sənaye şöhrətini geri qaytarır: “Yeni tikiləcək zavodda yüzlərlə şəhər sakini işləyəcək”.

Həmin vaxtdan 3 il keçməsinə baxmayaraq belə bir zavodun inşasından əsər əlamət yoxdur.

“GƏNCƏDƏ YENİ FƏXRİ XİYABAN YARADILACAQ”- 21 iyul 2014-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin verdiyi məlumata görə şəhərdə Fəxri Xiyabanın yaradılması ilə bağlı sərəncam verilib. 2016-cı il olmasına baxmayaraq Elmar Vəliyevin bu vədi də yalan çıxmışdır.

“GƏNCƏDƏ HƏRBİ HİSSƏLƏRİN YERİNDƏ PARKLAR SALINACAQ” – 20 may 2014-cü il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev həmin ilin I rübunun yekunlarına həsr edilən iclasda bildirib ki, ölkə prezidentinin tapşırığı ilə şəhərin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək. Və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək.

2016 cı il olmasına baxmayaraq bu istiqamətdə də heç bir irəliləyiş yoxdur.

Nə park var nə köçürülən hərbi hissələr.

GƏNCƏNİN MƏRKƏZİNDƏ ANALOQU OLMAYAN YAŞAYIŞ KOMPLEKSİ TİKİLİR”

2014-cü ildə bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. O, qeyd edib ki, bu ilin sonuna kimi şəhərdən 6 hərbi hissə başqa əraziyə köçürüləcək və onların yerində şəhərin baş planına uyğun tikililər ucaldılacaq.

“Gəncənin mərkəzindən köçürülən hərbi hissələrin əraziləri Gəncə şəhər İcra Hakimiyyətinin balansına verilir.

Artıq hərbi hospital köçürülüb və onun yerləşdiyi ərazidə yeni müasir yaşayış kompleksi tikiləcək. Kompleksdə respublikada analoqu olmayan binalar ucaldılacaq. Burada ticarət mərkəzi, uşaq baxçası, poliklinika və s xidmətlərdə yer alacaq.

2014-cü ilin yay aylarında həmin ərazidə yerləşən bir neçə XIX əsrin gözəl tarixi bina vəhşicəsinə yerlə yeksan edilsə də, bu günə kimi yerində heç bir iş aparılmayıb. Aldığımız məlumata görə Türkiyənin tikinti şirkəti bu layihədən tam imtina edib.

Yuxarıda sadaladığımız yalançı vədlərin ancaq kiçik bir hissəsidir.

İllərdir “gələn il” tikinti işlərinin yekunlaşacağı bildirilən işlərin sayı isə ümumiyyətlə bilinmir.

Şəhər küçələrinin asfaltlanması, “Abbas Səhhət” adına xəstəxananın təmiri, Gəncə İmamzadə Kompleksi, Gəncə Dövlət Flarmoniyası, Gəncə Beynəlxalq Avtovağzalı və onlarla digər tikinti layihələrinin də inşası illərdir yekunlaşmaq bilmir ki, bilmir…

Reallaşmış layihələrin böyük əksəriyyətini yerli iş adamlarını soyub müflis etməklə, idarə və müəssisə rəhbərlərinə aylıq haqq qoymaqla, büdcə vəsaitlərini “pripiska”lar vasitəsi ilə mənimsəməklə, “Əlinin papağını Vəlinin başına” qoymaqla və hətta adi büdcə işçilərinin maaşlarından pul tutmaqla birtəhər başa çatdırmış Elmar Vəliyev görəsən indiki böhran vəziyyətində necə edəcək, kimi soyacaq?

GƏNCƏ – Müstəqil İnformasiya Portalı

Azerinfo.org

 

www.yenicag.az

2268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv