“İcra başçısı mənə ev verdi” – FOTO

“Limonçik” ləqəbi ilə tanınan Əli “Baku TV”yə müsahibə verib.

Yenicag.az xəbər verir ki, Rusiyada limon satmaqla məşhurlaşan Əli Dağıstanda icra başçısının ona ev hədiyyə etməsindən danışıb:

“Bir dəfə limon satırdım, polislər dedi ki, icra başçısı gəlir, get, səni görməsin. İcra başçısı gəldi gördü tərin içində limon satıram. Dedi, sabah ofisimə gəl. Getdim, soruşdu ki, nəyə ehtiyacın var? Dedim ki, evim yoxdur. Mənə Dağıstanda ikiotaqlı ev verdi. Ondan sonra həmin şəxs hər gün səhər işə gedəndə mənim limon satdığım yerdən keçirdi və “salam” verirdi”.

Əli Rusiyada limon mağazası olduğunu deyib:

“Moskvada mənə qalmaq üçün sənəd düzəltmişdilər, səhv olub. Ona görə indi Azərbaycandayam”.

Əli limonu baha qiymətə satmasından da danışıb:

“Bir limonu 500 min rubla, yəni 15 min manata satmışam. Bir yaxşı şəxs var idi, cibimə pulu qoydu ki, get xərclə. Mən də ona bir limon verdim”.

COP29