İcra başçısı postuna vakansiya elan edildi – Neftçalada – FOTO

Neftçalada Rayon İcra Hakimiyyətinin icra başçısı postuna vakansiya elan edilib.

Yenicag.az xəbər verir ki, Neftçalanın icra başçısının vəzifəsindən azad edilməsindən sonra rayon icra hakimiyyətinin rəsmi saytında İcra Hakimiyyətinin başçısı və Başçının müavini-Sosial iqtisadi inkişafın təhlilini və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrinə vakansiya elan edilib.

Məlumat üçün qeyd edək ki, Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyev mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə və rüşvət aldığına görə həbs edilib.

COP29