İcra başçısı rinqdə – Video

aaaa40Daşkəsən rayonunda Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.

Yenicag.az-ın APA TV-yə istinadən xəbərinə görə, Heydər Əliyev meydanında düzənlənən şənlikdə Azərbaycan xalqının adət-ənənələri nümayiş etdirilib.

Tədbirdə yaddaqalan məqamlardan biri də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin boks əlcəkləri geyinərək döyüşməsi olub. Bayram tədbiri mahnı və rəqslərlə davam edib.