Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İcra başçısı "S-class Mercedes" haqqında - "ALASI OLMADIQ"

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə “Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə Aqil Məmmədov Unikal.org-a açıqlama verib O, bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb: “2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayrıldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.

Aqil Məmmədov vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salındığını da deyib: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərində qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.

Qeyd edək ki, icra hakimiyyətinin başçısı sonradan həmin avtomobilin alınmayacağı barədə qərar verildiyini desə də, xatırladaq ki, avtomobilin alınması ilə bağlı tender elanı cəmi 2 gün əvvəl – iyunun 29-da açıqlanmışdı.

www.yenicag.az

3507