İcra başçısı sakinlərin müraciətlərini dinlədi

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir.

Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən yaşadıqları binaların istismar müddətinin keçməsini nəzərə alaraq pilot layihə çərçivəsində məhəllənin yenidənqurulması, mənzil şəraitninin yaxşılaşdırılmasına köməklik göstərilməsi, həyətin abadlaşdırılması, iş ilə təmin olunma, asfalt örtüyünün təmiri barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat vermişdir.