İcra başçısı vətəndaşın balkonunu başına uçurdub, üzərinə hücum çəkdi – “Sovetski”də  435 min manatlıq “səhv” – FOTOFAKT  

“Yasamal İcra Hakimiyyəti biz yaşadığımız halda işığımızı, qazımızı və suyumuzu kəsərək, vətəndaşa zülm edir, zorla onların təklifinə boyun əyməyimizi istəyirlər”ED93E599-0424-4E0B-98E7-E014C5BC6409_w987_s_s“Sovetski” adlı ərazinin sökülmə prossesi başladığı gündən etibarən qalmaqallı oldu. Belə ki, ilk olaraq, orada yaşayan əhali evlərinin ucuz alınmasına qarşı çıxdı. Yasamal İcra Hakimiyyəti rəhbərliyinin məsələlərə düzgün yanaşmaması nəticəsində narazılıq ölkə rəhbərliyinin diqqətini cəlb etdi. Məsələyə şəxsən prezident İlham Əliyev qarışdı və heç bir sakinin narazı salınmaması ilə bağlı məmurlara xəbərdarlıq etdi.

Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun sözlərindən də görmək olur. Abid Şərifov “Sovetski”dən evlərini tərk etmək istəməyən vətəndaşların taleyinə də aydınlıq gətirib: “Çıxmaq istəmirlər yaşasınlar orada. Heç kim oradan zorla çıxarılmayacaq. Bundan söhbət belə gedə bilməz. Kim istəyir qalsın orada”.

Maraqlıdır ki, ölkə rəhbərliyi sakinlərin hüquqlarının pozulmamasını dəfələrlə bəyan etsə də, Yasamal rayon icra hakimiyyəti insanları incitməkdən, evlərini başlarına uçurmaqdan zövq alır.

Hazırda o ərazidə qalan az saylı yaşayış evlərindən biri Şükürov Vüqar İltifat oğludur. O, həmin ərazidə – Ə.Hüseynzadə 2 ünvanında yerləşən evin sahibidir. Doğulduğu gündən o evdə yaşayan Vüqar Şükürov hazırda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tərəfindən ölümlə təhdid edilməkdədir.

Yenicag.az-a müraciət edən vətəndaş bildirir ki,  icra hakimiyyəti özlərinin təsdiq etdikləri məbləği  ona verməmək və evini başına uçurmaq istəyirlər.

14608145_10209364534703095_680864858_nVüqar Şükürov yaşadıqlarını belə izah edir:

“Bildiyiniz kimi, Bakının Sovetski adlanan ərazisində sökülmə və köçürülmə işləri həyata keçirilir.  Mənim mənzilim də Əli bəy Hüseynzadə küçəsi ev 2-də, yəni həmin sökülən sahədə  yerləşir. İcra hakimiyyətindən bildirişlə komissiya gələrək evimi ölçdülər və bildirdilər ki, buna görə nə qədər vəsait köçürəcəklərilə bağlı məlumat verəcəklər.  Komissiyanın 15 nəfərlik üzvü  gələrək evi ölçüb, şəkilini çəkiblər.  Belə də mənə evimə görə, ayrılmalı olan məbləğ barədə qərar verirlər. Burada həmçinin göstərilirdi ki,  48 saat ərzində vaxtında  buna razılıq verməsəm, onlar məni məhkəməyə verəcəklər. Mən də qapalı zərfdə təqdim edilən məbləği gördüm, evimin dəyərindən az olsa da, digər qonşular kimi, mən də bu məbləğ ilə razılaşdım”.

Vüqar Şükürov deyir ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamovun imzası ilə ona təqdim olunan sənəddə 435 min manat veriləcəyi bildirilib: “Ancaq daha sonra deyirlər ki, evin birinci mərtəbəsində yerləşən yerlə bağlı texniki səhvə yol veriblər. Belə çıxır ki, 15 nəfər texniki səhvə yol verib. Əslində isə qərarı verən həmin 15 nəfərin hamısı texniki səhv edə bilməz.  İki ildir ki, mənə evimin pulunu vermirlər. Onlar mənə 435 min manat təklif edərkən, 1 ABŞ dollar 78 qəpik idi, bu gün isə 1 manat 60 qəpik. Manat iki dəfə devalvasiyaya uğrayıb, ancaq mən dövlətimizin iqtisadi problemlərini bildiyim üçün artıq pul da istəmirəm, özlərinin yazdığı rəqəmi tələb edirəm. Onlar isə israrla,  397 min manatdan artıq verməyəcəklərini bildirirlər. Almalı olduğum 38 min manatı nəyin əsasında kəsirlər? Halbuki “yalnış” dediklərində heç bir qanun pozuntusu yoxdur. Onlar sırf o pulu kəsmək üçün bildirirlər ki, orada qarajın var. Halbuki həmin yer evimin içidir, qaraj isə evdən kənarda olur. Evin qapısı genişdir, istəyərəm, maşın saxlayaram, fəqət bu oranın qaraj olması demək deyil. Həm də 15 nəfərlik komissiya gəlib, baxıb, tədqiq edib, qiymətləndirib. Bütün bunlar olarkən, həmin ərazi yada düşməyib, indi sırf o pulu mənimsəmək üçün deyirlər  ki, texniki səhv olub. Əslində, burada texniki səhvlik heç nə yoxdur”.

14610686_10209364534263084_1086763919_n

Bu barədə Prezidentə və baş prokuror Zakir Qaralova teleqram vurduğunu bildirən vətəndaş deyir ki, Yasamal rayonunun rəhbərliyi heç bir dövlət qurumunu eşitmək istəmir: “Onlar nəinki öz mövelərində qalırlar. Hətta məni hədələyirlər ki, onlar ilə razılaşım. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev qoçu dəstəsi ilə üzərimə hücum çəkərək, qanunsuz olaraq, evimin balkonunu uçurdu və evdən çıxmayacağım təqdirdə, başıma uçuracağını bildirdi. Mən çox normal qaydada ona “prezident insanları incitməməyə çağırır, siz isə bizə zülm edirsiniz” dedikdə, kobud bir şəkildə heç kimi tanımadıqlarını  və saymadıqlarını söylədilər.  Dedim ki, razılaşmıram, verin məhkəməyə. Ancaq məhkəmənin qərarından sonra geri çəkilə bilərəm. Amma onlar da məhkəməyə vermək istəmirlər. Çünki məhkəmə olarsa, həmin sənədi göstərəcəyəm ki, 15 nəfərin hamısı birdən necə səhv edə bilər? Dövlət tərəfindən müəyyən edilmiş pulu  özlərinə götürmək istəyirlər.  Balkonumu sökəndə özümü traktorun altına atdım, üzərimə sürdülər və balkon üzərimə çökdü. Ani olaraq, qaçmasaydım, balkonun altında qalacaqdım. Sağ tərəfimə düşdüyü halda, oradakı icra hakimiyyəti rəsmilərinin ruhu da incimədi. Əvəzində isə icra başçısı məni və o mənzildə qeydiyyatda olan qardaşlarımı, ailə üzvlərimizi hədələyərək, çıxmamızı tələb etdi”.

Vətəndaş deyir ki, icra hakimiyyəti bir tərəfdən ona hədə-qorxu gəlir, digər tərəfdən tanımadığı adamları vasitəçi salaraq, V.Şükürovu razı salmağa çalışırlar: “Neçə dəfələrlə bəzi adamları göndəriblər ki, söhbət edək. Onlar da deyirlər ki, o puldan müəyyən qədər bizə ver, işini həll edək. Mən isə bunların heç biri ilə razılaşmadım. Çünki mən öz haqqımı tələb edirəm və qanunvericiliyə əsasən kimsə məni öz mülkümdən çıxara bilməz. Ancaq onlar biz yaşadığımız halda işığımızı, qazımızı və suyumuzu kəsərək, vətəndaşa zülm edir, zorla onların təklifinə boyun əyməyimizi istəyirlər”.

V.Şükürov bildirir ki, onun həyətinin sənədlərinin rəsmiləşdirməsinə də icra hakimiyyəti mane olur: “Mənim həyətin sənədləri sovet dövründə hazırlanan sənədlərdir. Onlar əsasında Dövlət Əmlak Komitəsindən yeni sənəd almaq istədikdə, bildirdilər ki, “bu sənədlər əsasında sizə asanlıqla torpağın şəhadətnaməsini verə bilərik, lakin İbrahim Mehdiyev zəng edərək, bu ərazidəki torpaqlara sənəd verilməməsini tələb edib. Gedin, probleminizi əvvəlcə Yasamal İcra Hakimiyyəti ilə çözün”.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Yasamal rayon İcra Hakimiyyətinə zəng etsək də, ənənəvi olaraq, telefonlarımıza kimsə cavab vermədi.

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin/Yenicag.az

COP29