Azərbaycanda daha iki icra başçısının müavini vəzifəsindən azad olundu – YENİLƏNDİ/FOTO

Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.

Yenicag.az-ın məlumatına görə, Bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Səriyyə Bağır qızı Qurbanova işdən çıxarılıb.

Eyni zamanda Şahbuz rayon icra başçısının müavini də işdən azad olunub.

Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Tural Quliyev işdən çıxarılıb.

***

10:06

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva işdən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb.

T.Mustafayeva eyni zamanda İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri vəzifəsindən də azad olunub.