İcra başçısından Eldar Mahmudova ŞOK DƏSTƏK – “Əmin-amanlığın qorunmasında xüsusi rolu danılmazdır”

AzNews.az_mtn_eldar_hebs2Sahibkarlara maneə törədilməməsi, onların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması, əsassız yoxlamalara son verilməsi barədə ölkə prezidenti İlham Əliyevin xəbərdarlığını görməzdən gələn icra başçılarının sırasında Qaradağ rayonun icra başçısı Süleyman Mikayılov xüsusi yer tutur.

Onun rəhbərliyi dönəmində rayondakı vəziyyətin getdikcə ağırlaşması, sahibkarların, xüsusilə də daş karхanalarının rəhbərlərinin hədəfə alınması, onların fəaliyyətinə maneə törədərək qazancalarına şərik olmaq kimi müxtəif qanunsuz əməllər imza atan icra başçısı prezidentin son xəbərdarlığından sonra da fəaliyyətini eyni qaydada davam etdirməkdə israrlıdır.

Məlum olduğu kimi rayonun Güzdək, Qızıldaş qəsəbələrində, həmçinin Qızıl Qayada irili-xırdalı 100-dən artıq daş karхanası fəaliyyət göstərir. Bu isə Süleyman Mikayılovun ayda milyonlarla manat pul qazanması deməkdir. Təbii ki, Süleyman Mikayılov bu vəsaitdən asanlıqla imtina etməz və ən müxtəlif vasitələrlə gəlirlərini qouyub saxlamağa çalışır.

Ancaq maraqlı məqamlardan biri Süleyman Mikayılovun təhsil və iş fəaliyyətindəki “uğurlarının” real həyatla uyğunsuzluğudur ki, bunun da yaxın zamanda sənədlərlə ortaya çıxma ehtimal böyükdür.

Belə ki, 2016 -ci ilin ilk aylarından etibarən Azərbaycanda məmurların diplomlarının yoxlanmasına start veriləcəyi barədə məlumatlar var. Bunu zəruri edən səbəb yüksək vəzifəli məmurlar da daxil olmaqla məmurların bir qismının ali təhsil haqqında sənədinin reallığa uyğun gəlməməsidir. Əksəriyyətinin diplomu ya saxtadir, ya da onların əvvəlki əmək fəaliyyətləri ilə hazirki işləri arasında heç bir bağlılıq yoxdur ki, bu da idarəetmədə də özünü açıq şəkildə biruzə verir.

 

Süleyman Mikayılovun 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyi barədə tərcümeyi-halında qeyd var. Ancaq bu rəsmi sənədlərdə olandır, əslində isə icra başçısının Dərdənddə adı bəlli olmayan bir ali ali məktəbə pul müqabilində daxil olduğu deyilir. 2001-ci ildə həmin ali məktəbdə tələbələr siyhısında Süleyman Mikayılovun da adı olub və düz 1 il müddətində həmin məktəbdə “təhsil alıb”. 1 il sonra isə köçürmə yolu ilə BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı hətta bir zamanlar tərcümeyi-halına elmlər namizədi olduğuna dair qeyd də yazdırmaq istəyib. Amma bu arzusunu hansısa səbəbdən reallaşdıra bilməyib və bu istiqamətdə çalışmalara hansısa səbəbdən yarımçıq buraxmalı olub.

Hələlik isə bəlli olan odur ki, Süleyman Mikayılovun adı “yola salınacaq” icra başçıları sırasında yer alır.

Onun da “MTN işi” çərçivəsində adı hallanan icra başçısının Eldar Mahmudovla əlaqələrinin olması sirr deyil. Bu münasibətlərin hansı yöndə inkişaf etdiyi diqqət cəkir. Daha dogrusu istintaqa bu barədə araşdırmalara artıq başlayıb və yəqin ki, istintaq çərçivəsində Qaradağ rayonun ərazisində Eldar Məhmudova yüksək imtiyazların nəyin müqabilində verilməsi üzə çıxacaq. Çünki bu rayon MTN-nin keçmiş rəhbərinin obyektlərinin çoxluğu ilə fərqlənən rayonlardan biri olub. Keçmiş nazirin Qaradağ rayonu ərazisində bir neçə obyekti və hətta Lokbatanda 2 boyuk marketi, bir avtosalonu fəaliyyət göstərib. Süleyman Mikayılov Eldar Mahmudovun qüdrəti qarşısında duruş gətirməməklə yanaşı, bu xidmətin müqabilində müəyyən qədər gəlir də əldə edib.

Xüsusilə rayon daxilində yolların genişləndirilməsi planlarının icrası zamanı Eldar Mahmudovun obyeklərinə deyə biləcək zərərin qarşısının alınmasında da icra başçısı xüsusi canfəşanlıq göstərib. Belə ki, məhz Süleyman Mikayılovun tapşırığı ilə Eldar Mahmudovun obyeklərini yolların genişləndirilməsi planına düşməməsi təmin edilib.

Beləliklə, Eldar Mahmudovun rəğbətini qazanan icra başçısı bundan daha sonrakı fəaliyyətində yararlanıb. MTN ətrafında cərəyan edən hadisələrin Süleyman Mikayılovdan da yan keçməyəcəyi artıq bəllidir. İndi icra başçısı üçün əsas məsələ istintaqdan maksimum az zərərlə çıxmaqdır. (bizimxeber.az)

“Çakır” təxəllüsü ilə tanınan icra başçısının Eldar Mahmudovla olan sıx münasibəti onun hər il müntəzəm olaraq, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramını rayonda yüksək səviyyədə qeyd etməsi də göstərir. Maraqlıdır ki, Azərbaycan prezidentinin yarıtmaz fəaliyyətinə görə, cəzalandırdığı Eldar Mahmudovla bağlı S.Mikayılov yüksək fikirdə olub. Eləcə də onun “Xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyinin, sabitliyin və əmin-amanlığın qorunmasında MTN-in xüsusi rolu danılmazdır” sözləri də bir daha göstərir ki, icra başçısı Eldar Mahmudov-Akif Çovdarov cinayətkar şəbəkəsinin fəaliyyətindən o qədər razı olub ki, baş verən neqativ halları prezidentə məruzə etmək əvəzinə, ləğv edilən nazirliyi tərifləyərək, baş verən neqativ halları gizlədib. /Azerinfo.org

Bu günlərdə isə ölkə mətbuatında qardaşı Bağır Mikayılovla bağlı yayılmış Qaradağ RİH başçısı üçün gözlənilməz zərbə olub. Həmin məlumatlarda deyilir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər. Bəzi bilgilərə görə, belə adamların toplam sayı 50 nəfərdən çoxdur. Məlumatda qeyd edilir ki, Bağır Mikayılovun həmin şəxslərə 500 min manatdan artıq borcu yaranıb. Həmin şəxslər isə pullarını geri ala bilmədiklərindən şikayətçi düşüblər. İcra başçısının qardaşını müdafiə etməsi isə şikayətçilərin daha yuxarı instansiyalara müraciət etməsinə səbəb olub. Bu isə onsuz da etimadı zədələnmiş icra başçısı üçün daha bir zərbə olub.
Savash.org-u məlumatlandıran mənbə iddia edir ki, Qaradağ RİH başçısına özünü doğrultmaq və şikayətləri yoluna qoymaq üçün son şans verilib. Təlaşa düşən icra başçısı isə qardaşının müəllifliyi ilə həyata keçirilən 500 minlik qalmaqalı təcili olaraq həll edəcəyinə söz verib. Süleyman Mikayılov eyni zamanda mətbuatda əleyhinə dərc olunmuş yazıların “təmizlənməsi” üçün də xüsusi canfəşanlıq göstərir. /Savash.org

 

 

COP29