!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısından unikal videomüşavirə - Yanındakı maskasızlar, ekrandakı maskalılar - FOTO

!Reklam – Yazi

Goranboy rayonunun İcra başçısı Məhərrəm Quliyev belə desək, qaş düzəltdiyi yerdə, göz çıxarıb.

Yenicag.az xəbər verir ki, bir il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Məhərrəm Quliyev videomüşavirə keçirib.

İcra başçısının toplantısında məmurların hamısının maskalı, özünün və yanında əyləşən iki məmurun maskasız olması diqqət çəkib.

İcra başçılarının başlarının bəlalı bir dönəmində Məhərrəm Quliyevin nümunəvi addım kimi keçirdiyi videomüşavirə əslində onun rayonu necə “əndrəbadi” idarə etməsinə dəlalət edir. Məmurların maskalı olması hansı məntiqə sığır, bunu bir tək Məhərrəm Quliyev bilər.

İcra başçısının məntiqi ilə videogörüntüdən belə virus keçə bilirsə, sağ və sol tərəfində oturan məmurlardan necə, virus keçmir?

Belə bir sual yaranır, bəlkə ekrandakı məmurlar maska taxaraq, icra başçısı və yanında əyləşən məmurlardan qorunublar.

Həmin unikal videomüşavirənin fotosunu təqdim edirik:

www.yenicag.az

1917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv