Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İcra başçısının “BİZNES KOMBİNASİYASI”: Süleyman Mikayılov şirkətini kimin adına sənədləşdirib?

Qaradağ rayonu icra hakimiyyətinin başçısı özünə məxsus olan şirkəti rayon sakininin adına qeydiyyatdan keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə materialı Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün “Facebook” profilində yayımlayıb.

Məlumata görə, qeyri-rəsmi qaydada Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayilova məxsus olan Qaradağ çınqıl karxanası faktik olaraq, rayon sakini, Sahil qəsəbəsi, Emin Quliyev PR, ev 50, m. 14 ünvanında qeydiyyatda olan Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib.

Karxana “Qaradağ çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə 2016-cı ildə 1101435531 saylı VÖEN nömrəsi ilə qeydiyyatdan keçib.

Məsələnin daha maraqlı tərəfi budur ki, “Qaradağ çınqıl” MMC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub.

Jurnalist bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Qaradağ Rayon İcra Hakimiyyətindən “təkzib” gözləyir:

“Ümid edirəm, Qaradağda belə bir karxana fəaliyyət göstərmədiyini, belə bir adam yaşamadığını və belə bir şirkət olmadığını iddia etməyəcəklər.

Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini şəxsi biznesinə yönəltməsi, Avropada – qulağımın dibində şirkət açması da bir ayrı mövzudur”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

1227