İcra başçısının evinin həyətində meyit tapıldı

meyit75Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun evində ölüm hadisəsi baş verib.

Bu gün səhər saatlarında icra başçısının Kürdəmir şəhərində yerləşən evinin həyətində 60-65 yaşlı kişinin meyiti tapılıb. Məlum olub ki, ölən şəxs həmin həyətdə bağban işləyən Əlismayıl Sadıqovdur.

Ə.Sadıqovun ürək tutmasından öldüyü bildirilir.(lent)