Ali Məhkəmədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadənin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Yenicag.az pravda.az-a istinadla xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib. kapital bank vakansiya
X.Salmanzadə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı V.Həsənovla bağlı müxtəlif iddia və məlumatlar paylaşıb. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə X.Salmanzadə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.