Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İcra başçısının işlətməyə apardığı xadiməçilərin avtobusu aşdı - 15 nəfərin vəziyyəti ağırdır

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu gün axşam saatlarında fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var. Fəhlələr pambıq yığımından qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

Sözügedən qəza ilə bağlı “BakuPost” da xəbər yayıb. Sayt iddia edir ki, qəzada yaralananlar xəstəxanada işləyən xadimələrdir.

Məlumata görə, hadisə Nəsimikənd kəndi ərazisində baş verib. Belə ki, rayonun Mərkəzi Xəstəxanasının və poliklinikanın xadimələrinin içərisində olduğu “Mercedes” markalı mikroavtobus aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan bütün xadiməçilər xəsarət alıblar.

Onlar təcili rayon xəstəxanasına çatdırılıb. 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Məsələnin ilginc tərəfi isə odur ki, xəstəxana və poliklinika işçiləri Biləsuvarda “Aqropark” adlanan ərazidə təsərrüfat sahəsində işləməyə aparılıbmış. Qəza isə oradan qayıdarkən olub.

Həmin ərazinin rayon icra başçısı Mahir Quliyevə məxsus olduğu bildirilir.

www.yenicag.az

7063
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM