İcra başçısının müavini Bakıya gələrkən yolda öldü

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşov vəfat edib.

Yenicag.az report.az-a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü İlqar Dadaşov Lənkərandan Bakıya gedərkən yolda ürəktutmadan keçinib.

Qeyd edək ki, mərhum 2005-ci ildən bu vəzifədə çalışırdı.

Yenicag.az