İcra başçısının müavinini maşın vurub

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub.

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.