İcra başçısının müavininin oğlu polisi reanimasiyalıq etdi – VİDEO

Təxminən 10 gün öncə Masallı rayonunda dəhşətli hadisə baş verib. Məlumata görə Masallı rayon DYP-nin baş serjantı Rəcəbli Azər Elxan oğlu xidmət apardığı zaman içkili halda “avtoşluq” edən sürücüyə dur əmrini verib.

Ancaq sürücü onu saxlamaq istəyən polisə öz aləmində “dərs” vermək üçün avtomobili onun üzərinə sürüb. 35 yaşlı polisi avtomobili ilə vuraraq yol kənarına atan sürücü heç nə olmamış kimi hadisə yerindənb uzaqlaşır. Bundan sonra DYP əməkdaşı ağır kəllə-beyin tramvası ilə reanimasiya şöbəsinə yerləşdirilib, hal-hazırda da vəziyyəti ağırdır. Polisin ailəsinin isə “kim olmasından asılı olmayaraq oğlumuzu ölüm ayağına buraxan şəxs cəzalanmalıdır” deməsi “vorzakon” sürücünü görünür narahat etmir.

Belə ki, Masallı rayon DYP-nin baş serjantı Rəcəbli Azər Elxan oğlunu xidmət apardığı zaman içkili halda vurub, ölümcül yaralayan cinayətkar Başçının müavini, İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qafarova Aybəniz Oktay qızının oğludur. Məlumatda o da qeyd olunur ki, Aybəniz Qafarova Masallı Polis idarəsində olan əlaltıları vasitəsi ilə məsələni yoluna qoymağa çalışır. Buna qismən nail olması isə rayonda ciddi narazılığa səbəb olub.

Görünən odur ki, xanım müavin deyəsən Prezident İlham Əliyevin məmurlar barəsində dediklərini ya unudub, ya da qulaqardına vurur. Bundan başqa hər kəs bilir ki, Daxili İşlər Naziri Ramil Usubov polisi işçisini xidmət aparan zaman ölümcül yaralayan istənilən cinayətkarı bağışlamır və prosesə müdaxilə edərək, cinayətkarı müdafiə edən istənilən şəxsi sərt şəkildə cəzalandırır. Bu mənada inanmırıq ki, Masallı Polis İdarəsinin rəisi bu cinayətə ortaq olaraq ölkə rəhbərliyini və DİN rəhbərliyini aldadacaqdır. Bundan başqa polisin ailəsi də öz şərəf və ləyaqətini müdafiə edərək heç bir pul, maraq qarşılığında övladlarını bu günə salan cinayətkarı bağışlamayacağını deyiblər. İlkin məlumata görə Masallı polis idarəsində çalışan və xanım müavinə xidmət edən bəzi vəzifəlilər cinayətkarı azadlığa buraxıb və yerinə uyğun “namizəd” axtarırlar./İcmal/

COP29