Ölkədə rüşvətxor məmurların həbsi gündəmdə olduğu bir vaxtda Göyçay rayonu icra başçısının oğlu təmtəraqlı toyu ilə diqqət mərkəzinə düşüb.
Yenicag.az xəbər verir ki, Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bu günlərdə oğlunu evləndirib (yenisabah.az).
Mehdi Səlimzadənin oğlunun dəbdəbəli toy karvanının videosu sosial şəbəkələrdə yayılıb.
Karvanı qanunla qadağan edilmiş sayrışan işıqlarla bəzədilmiş lüks maşınlar müşayət edir.
Həmin videonu təqdim edirik: