!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısının qanunsuz tələbinə SƏRT REAKSİYA: “Hərə öz işi ilə məşğul olsun” – Partiya sədri/VİDEO

!Reklam – Yazi

“Kimliyindən asılı olmayaraq, indiki şəraitdə hər hansı özfəaliyyətə yol verilməməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevin Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 27 C ünvanında yerləşən “Megastore” mağazalar şəbəkəsinə reydi zamanı həmin ticarət obyektindəki oyuncaq və geyim şöbələrinin fəaliyyətini dayandırmaq tələbinə münasibət bildirən Azərbaycan Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

AXDP sədrinin sözlərinə görə, yaranmış indiki həssas dönəmdə problem və gərginlik yarada biləcək bütün addımlardan çəkinmək lazımdır:

“Ölkənin qüvvədə olan qanunları var və o qanunlar hamı üçün eyni olmalıdır. Kimliyindən və daşıdığı vəzifədən asılı olmayaraq, indiki şəraitdə hər hansı özfəaliyyətə yol verilməməlidir.

Bildiyiniz kimi, koronavirusla əlaqədar ölkədə sərt karantin rejimi tətbiq olunub və müəyyən məhdudiyyətlər qüvvəyə minib. Ancaq bütün bu işlər qanunla tənzimlənir. Yəni nəyə icazə var, nəyə icazə yoxdur, qaydalarda aydın şəkildə göstərilib. Fəaliyyətdə olan obyektlər bu karantin rejimində necə işləməli olduqlarını bilirlər.

Onlara da məlumdur ki, qaydaları pozsalar, cəzalandırılacaqlar, cərimə ediləcəklər. Bu baxımdan, o tip obyektlərin açıq-aşkar qayda pozuntusuna getmələri inandırıcı deyil.

Ona görə də, icra başçısının və ya hansısa başqa məmurun gəlib biznes obyektləri qarşısında qanunsuz tələb irəli sürməsi yolverilməzdir. Ən doğrusu budur ki, hərə öz işi ilə məşğul olsun”.

Gülşən Şərif

www.yenicag.az

2356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv