Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun ailəsində xoş gün yaşanıb.
Yenicag.az xəbər verir ki, icra başçısının qızı Aysel Məlikova ailə həyatı qurur. Dünən “Buta Palace”də onun xına mərasimi keçirilib. Mərasimdə tanınmış şou ulduzları Aygün Kazımova, Tünzalə Ağayeva və Günay İbrahimli də iştirak edib. Məclisdən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
(qafqazinfo)