İcra başçısının xidməti avtomobilinin üzərinə ağac aşdı – FOTO

Masallıda güclə külək fərdi evlər, yaşayış binaları və sosial obyektlərlə yanaşı, avtomobillərə də zərər yetirib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xidməti avtomobilinin üzərinə də ağac aşıb.

Ağacın BMW markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb.