!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra Hakimiyyəti reydə başladı

!Reklam – Yazi

unnamed (4)Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkə miqyasında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə də öz əksini tapmaqdadır. Bir qədər əvvəl müəyyən sosial problemlərin qalmaqda olduğu 20-ci yaşayış sahəsinin infrastrukturunun yenilənməsi və sosial inkişafına dair nəzərdə tutulan genişmiqyaslı işlər haqqında mətbuata məlumat verilmişdi.

Hazırda isə rayonda qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlərə başlanmışdır. Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, dəfələrlə rayonun Badamdar qəsəbəsi və Şıx ərazisindəki «Dostluq parkı» yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərrə yol verilməsi halları ilə bağlı narazılıqlar olmuşdur. Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanmışdır.
Keçirilən reyd zamanı Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan «Döstluq parkı» ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmış və qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aparılan 40-dan çox fakt aşkarlanaraq burada tikinti işləri dayandırılmış, boş sahələrin hasarları sökülərək ərazi təmizlənmişdir.

Reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılmış və qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüqüq-mühafizə orqanlarına göndəriləcəkdir.
Eyni zamanda qəsəbədə vətəndaşlar tərəfindən müvafiq mülkiyyət və tikinti aparılmasına icazə verən layihə sənədləri əsasında fərdi yaşayış evlərinin inşası davam etdirilir və onlara heç bir maneə törədilmir.

Səbail rayonunda qanunsuz olaraq torpaq sahələrini zəbt edən, qeyri-qanuni tikinti işlərinə cəhd edən işbazların müəyyənləşməsi və onların qanuna zidd əməllərin qarşısının alınması ilə bağlı reydlər gələcəkdə də davam etdiriləcək və ərazilərə nəzarət gücləndiriləcəkdir.

 

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv