!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var / YENİLƏNDİ

!Reklam – Yazi

Kürdəmirdə keçirilən əməliyyat zamanı icra başçısı da daxil olmaqla bir neçə vəzifəli şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.

Əməliyyat davam edir. 

***

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

Yenicag.az xəbər verir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

www.yenicag.az

3712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv