İcra Hakimiyyətindən oğurluq edildi

Lənkəran rayonunda oğurluq hadisəsi olub.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir sexdən təmir alətləri, rayon İcra Hakimiyyətinin şəhər İşıqlandırma Müəssisəsinə məxsus anbardan 1100 manat dəyərində təmir-tikinti aləti, 100 metr kabel və 10 ədəd lampa oğurlamaqda şübhəli bilinən şəhər sakini N.Cəfərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.