İcra hakimiyyətinin əməkdaşı QƏZAYA DÜŞDÜ

Goranboyda idarəetmədən çıxan avtomobil aşıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Qazanbulaq kəndi istiqamətində baş verib.Yol nəqliyyat hadisəsi zamanı idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü sürücü Murov Həsənov xəstəxanaya yerləşdirilib.

Qeyd ki, Murov Həsənov Rayon İcra hakimiyyətinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır./Unikal/