İcra hakimiyyətinin qarşısında bıçaqlanma hadisəsi oldu

Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında bıçaqlanma hadisəsi olub.

Yenicag.az xəbər verir ki, Rafiz Nəcəfov münaqişə zəminində Cavidan Mirzəyevi bıçaqlayıb.

Daha sonra Rafiz Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.