İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

media-hightechnic-468x90

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Şikayətçilər bildirib ki, T.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600