Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İcra nümayəndəsi rüşvət tələb etdi: Prokuror həbs edilməsini istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakarlığı və rüşvətdə təqsirləndirilən Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yenicag.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror A.Osmanovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

İttihama görə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində üç nəfər tanınır.

www.yenicag.az

215
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM