Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İcra nümayəndəsinə cinayət işi açıldı

Lerik rayon icra hakimiyyəti başçısının Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Lerik rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, araşdırmalarla Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsi Eminəli Həşimovun Xanəgah kənd tibb məntəqəsinin tibb qardaşı Elşən Fərzili və Lerik rayon mərkəzi xəstəxanasının operatoru Ayət Səmədov ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı saxta tibbi sənədlər tərtib etmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

www.yenicag.az

160
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100