İcraçı direktor 1265, xadimə isə 171 manat maaş alacaq – Baş nazirdən yeni qurumla bağlı qərar + SİYAHI

Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Artur Rasi-zadə qərar imzalayıb.
Qərara görə, Prezident İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 3 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları artırılıb.
Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.
Onu da qeyd edək ki, bu fond prezidentin sərəncamı ilə yeni yaradılıb.
COP29