İcraiyyə Komitəsinin iclasında nələr müzakirə olunacaq?

Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, saat 9:30-da başlayacaq tədbirin gündəliyi müəyyənləşib:

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
2. AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya
3. Digər məsələlər

Qeyd edək ki, iclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.

COP29