Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İctimai nəqliyyatda COVID-19 pasportu TƏLƏBİ? - "Bu insanlar ictimai fəaliyyətdən kənarlaşdırılacaq" - SOSİOLOQ

“Yaxın 1 il ərzində ictimai nəqliyyatda da COVID-19 pasportu tələb olunacaq”.

Bunu Azərbaycanda toyların keçirilməsinə icazə verilməsi fonunda tətbiq olunan şərtlərin cəmiyyətdə geniş müzakirələrə yol açmasına təsir edən amilləri dəyərləndirən sosioloq Sahib Altay Yenicag.az-a açıqlamasında deyib.

Sosioloqun sözlərinə görə, qarşıdakı aylarda vaksin olunmayan insanlar ictimai fəaliyyətdən kənarlaşdırılacaq:

“Azərbaycan kimi bir ölkədə pandemiya dövrü ilə bağlı konkret fikirlər demək mümkün deyil. Çünki karantin rejmi tətbiq olunan əksər ölkələrdə qərarlar qəbul olunmadan öncə sosioloqlar, sosial tədqiqatçılar və araşdırmaçı jurnalistlərlə müzakirələr aparılırdı. Daha sonra müzakirələrə uyğun qərarlar verilirdi. Azərbaycanda isə heç bir hesablaşmaya gedilməyib. Aidiyyatı qurumların qəbul etdiyi qərarlarla bağlı vətəndaşın edəcəyi bir şey yoxdur. Əsas problem budur ki, vaksinasiya ilə bağlı ictimaiyyət düzgün şəkildə maarrifləndirilmir. Nəticədə insanlar vaksinin sonsuzluq yaratdığını və müxtəlif xəstəliklərə yol açdığını düşünürlər. Yalnız dövlət işlərində və ya özəl müəssisələrdə çalışanlar tələbə uyğun vaksin vurdururlar.

Toya gedən insanlardan COVID-19 pasportunun tələb olunması o deməkdir ki, hər kəs vaksin vurdurmalıdır. Yəni, gec və ya tez hamı vaksin vurduracaq. Vaksinasiya prosesi elə bir mərhələyə çatacaq ki, insanlar vaksin vurdurmağa can atacaq. Çünki Ümumdünya Səhiyyə Təşkilatının yeganə qərarı hər kəsin vaksin olunmasıdır. Nəticələr isə 6 ay ərzində görülməlidir ki, vaksin insan immunitetinə hansı formada təsir edib. Bu, dünya ölkələrin qarşısına qoyulan bir tələbdir. Ona görə də vətəndaşların toylarla bağlı qəbul olunan şərtlərə qarşı çıxması nəticəsiz olacaq”.

Qeyd edək ki, Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilib.

Gülşən Şərif

www.yenicag.az

714
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100