İctimai nəqliyyatda maska tələbi ləğv edildi – Türkiyədə

Türkiyədə ictimai nəqliyyatda qoruyucu maska taxmaq tələbi ləğv edilib.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

 

“Üç gün ardıcıl olaraq yoluxma sayı 1000-dən az olub. Artıq ictimai nəqliyyatda maskaları çıxara bilərik. Maskasız yol daha qısadır”, – deyə nazir bildirib.