İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin iclası 3 oktyabr 2024-cü il tarxində keçirilib.
Yenicag.az xəbər verir ki, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni iclası açıq elan edərək, İdarə Heyətinin üzvlərini salamlayıb. Rauf Zeyni İctimai Nəzarət Mərkəzinin mövcud vəziyyəti ilə bağlı İdarə Heyətinin üzvlərinə məlumat verib. İdarə Heyətinin üzvləri mövcud vəziyyətinin yaxşılaşdırılması üçün təkliflər irəli sürüb.
İdarə Heyətinin üzvləri mərkəzin normal fəaliyyət göstərməsi üçün tez tez monitorinqlərin aparılmasını, həmçinin mərkəzə gənc kadrları dəvət etməyi və fəaliyyəti yeniləməyi, İctimai Nəzarət Mərkəzinin ictimai şuralarla əməkdaşlıq etməsini, ictimai çıxışlar etmək, mərkəzin yeni hədəflərini müəyyənləşdirmək, mərkəzə müraciət etmiş vətəndaşların hüquqların müdafiə etmək, gücləndirilmiş formada fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıblar.
Təklif irəli sürən İdarə Heyətinin üzvləri mərkəzin idarəetmə mexanizminin düzgün qurulmasını, təşkilata aktiv media qurumlarının rəhbərlərinin dəvət edilməsini, sosial medianın imkanlarından yetəri qədər istifadə edilməsini irəli sürdülər. İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin üzvləri ictimai nəzarət mərkəzinin müvafiq sənədlərinin hazırlanması və qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi barədə qərara qəbul ediblər.
Sonda İctimai Nəzarət Mərkəzinin iclaslarının və tədbirlərinin mütəmadi olaraq keçirilməsi üçün qərar qəbul olunub. İNM İdarə Heyətinin iclasında İdarə Heyətinin üzvləri – İradə Rizazadə, Qorxmaz İbrahimli, İlham İsmayılov, Eyyub Hüseynov, Əhməd Abbasbəyli və Rauf Zeyni iştirak ediblər.