Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə İctmai Şuranın 2024-cü ildə ilk iclası keçirilib. Bu haqda “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin Sədri, tanınmış telejurnalist Günel Gözəlova məlumat verib.
Görüşdə İctimai Şuranın sədri Ramil Iskandarli, İctimai Şuranın sədr müavini Rahile Mehdiyeva, Katib Məhsəti Hüseynova, eləcə də üzvlər Gunel Gozelova və Məmməd Katanov iştirak etdilər.
DMX rəisi Vüsal Hüseynov Şura üzvlərinə miqrasiya qanunvericiliyinə yeni dəyişikliklər, tətbiqi barədə məlumat verdi.
Şura üzvləri 2024-cü ilin 1-ci rübündə görülən işlər və planlar, daxil olan müraciətlər, eyni zamanda fərdi olaraq təklifləri ilə bağlı fikirlərini bildirdilər. DMX yanında İctimai Şuranın Fəaliyyət Planındakı təkliflər barədə DMX rəisi, Şura sədri və hər bir üzv fikirlərini bölüşdükdən sonra, görüləcək işlərlə bağlı qərarlar qəbul edildi.