“İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda görüş keçirildi – VİDEO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“İctimai nəzarətin fomalaşmasında medianın rolu” mövzusunda aprılan müzakirədə prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub, ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın roluna diqqət çəkilib.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir.

Görüşdə çıxış edən media subyektlərinin rəhbər və nümayəndələri prezident İlham Əliyevin ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı çağırışlarının media qarşısında yeni vəzifələr qoyduğu vurğulayıblar.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək əsas məsələnin vətəndaşların mediaya güvən duymasını təşkil etmək olduğunu vurğulayıb.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ölkədə baş verən neqativ halların məhz media vasitəsilə yuxarı dairələrə çatdığını qeyd edib.

Çıxış edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qanunvericilikdə təkmilləşdirmə işlərinin aparılmalı olduğunu bildirib.

Görüş ümumi müzakirə ilə davam edib.

COP29