!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İctimai nəzarətlə bağlı təkliflər hazırlanır” – Azay Quliyev

!Reklam – Yazi

_azay_guliyev_010515_1“Cənab Prezident Nazirlər Kabinetinin iclasında hökumətin fəaliyyətində ictimai nəzarətin təşkil olunmasının vacibliyini bir daha qeyd edərək bildirdi ki, ictimai fəallıq lazımı səviyyədə olmalı və nəzarət mexanizmləri tətbiq edilməlidir”.

Bunu mətbuata açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Millət vəkili bildirib ki, dövlət başçısı hökumətə ictimai nəzarətlə bağlı təkliflər hazırlamağı tapşırıb:

“Bu, cənab Prezident tərəfindən vətəndaş cəmiyyəti institutlarına göstərilən böyük etimaddır. Digər tərəfdən, bu dövlət başçısının həyata keçirəcəyi islahatlarda və qərar qəbulu prosesində sadə vətəndaşların yaxından iştirak etməsi üçün bir çağırışdır. İctimai nəzarət mexanizmlərinə gəldikdə isə burada ilk növbədə nazirlik, komitə və yerli icra hakimiyyət orqanlarının nəzdində “İctimai Şuraların” yaradılmasına xüsusi diqqət yetirmək lazımdır.

Düşünürəm ki, Nazirlər Kabinetinin təkliflərində effektiv ictimai nəzarət mexanizmi kimi “İctimai Şuraların” müvafiq qaydada yaradılması ayrıca qeyd olunmalıdır. Bildiyimiz kimi, ictimai şuraların yaradılması “İctimai İştırakçılıq” haqqında qanunla tənzimlənir və bu qurumlara QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələrinin nüməyəndələri daxildir.

İctimai şuraların yaradılması prosesi tam şəffaf təşkil edilməli və vətəndaş cəmiyyətinin tanınmış simaları burada təmsil olunmalıdır”.

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv