İctimai TV dəhşətli təyyarə qəzası ilə əlaqədar proqramında dəyişiklik etdi

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İctimai Televiziya və Radio Yayımları Şirkəti efir proqramında dərhal dəyişiklik edilib, musiqi-əyləncə məzmunlu verilişlər efirdən çıxarılıb:

“Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə bir daha Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa arzu edirik!”