İdarəetmədən çıxan maşın aşdı – Yaralanan var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. 

Yenicag.az-ın məlumatına görə, hadisə Samux küçəsi, Altun şadlıq sarayının yaxınlığında baş verib. Belə ki, idarəetmədən çıxan “Nissan” markalı minik avtomobilin aşması nəticəsində xəsarət alan  1992-ci il təvəllüdlü Ramiz İsmayıllı ətrafdakıların köməyi ilə təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./unikal

COP29