!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İdeal”ın keçmiş sahibi həbs OLUNDU - Prokurorluq detalları açıqladı

!Reklam – Yazi

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, istintaqla İ. İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

***

19:24

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə  onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və  barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv