İdi Amin: 300 min nəfəri qətl edib, yeyən diktator – FOTOLAR

Haqqında bəhs edəcəyimiz diktatoru tanıdıqdan sonra, hətta Hitlerin belə humanist olduğunu düşünəcəksiniz.

Yenicag.az xəbər verir ki, öz qəddarlığı və amansızlığı ilə tarixə silinməz iz qoyan bu dikatator 1971-1979-cu illər arasında Uqandanın prezidenti olmuş İdi Amin Dadadır.

O, 2003-cü ildə dünyasını dəyişəndə geridə yurdundan-yuvasından sürgün etdirdiyi milyonlarla insan qoyub gedib. 300 min insanı qətl edib, bəzilərini yeyən İdi Amin xüsusilə ölkədəki hinduların “axırına çıxıb”.

Tanıyaq:

Orduya aşpaz kimi daxil olan Amin qısa müddət ərzində yüksəlməyə başlayıb.

1971-ci ildə hərbi çevriliş həyata keçirərək Oboteni devirib və hakimiyyəti öz əlinə alıb.

Radikal millətçi olan Amin ölkədəki asiyalıları sürgünə göndərib, onların torpaqlarını isə öz qohum-əqrabaları arasında bölüb.

Amin özünü “daimi prezident” elan edərək demokratik seçkiləri tarixin səhifələrinə basdırıb.

“Böyük babacan” ləqəbli Amin ona qarşı çıxanlara amansız işgəncə metodları tətbiq edib.

Hakimiyyəti dövründə 300 min nəfərə ölüm hökmü verən Amin öldürtdüyü nazirləri və din xadimlərini timsahlara atırmış.

Zaman-zaman qurbanlarının ətini yeyən diktator həyat yoldaşlarından birini öz əlləri ilə parçalayıb. Xidmətçiləri onun ən sevdiyi yeməyin “uşaq dolması” olduğunu söyləyiblər.

Fiziki cəhətdən olduqca güclü olan Amin dövrünün boks çempionlarından olub. Belə ki, o, ölkə liderləri ilə mübahisə etmək əvəzinə onları rinqə çağırıb.

2003-cü ildə böyrək çatışmazlığından həyatını itirib.

COP29