Suriyanın İdlib şəhərində yerləşən bazarlardan birini Bəşər Əsəd rejiminin qırıcı təyyarələri bombalayıb.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 5 mülki vətəndaş həyatını itirib, 20 nəfər isə yaralanıb.
Qeyd edək ki, bu il mayın 5-də Astana toplantısında İdlib və ətrafı Türkiyə, Rusiya və İran tərəfindən “Gərginliyi azaltma zonası” elan edilib.