“İdman Azərbaycan”da yeni rəhbər? – Açıqlama

“İdman Azərbaycan” telekanalına yeni rəhbər təyin olunub.

Yenicag.az xəbər verir ki, məşhur şərhçi Siyavuş Əliyev sözügedən kanalın rəhbəri vəzifəsinə gətirilib.

Bu iddia ilə azerifootball.com saytı çıxış edib. Saytın yazdığına görə, o, bu postda Fərman Orucovu əvəzləyib.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Siyavuş Əliyev hələlik rəsmi heç nə olmadığını bildirib:

“Hələ rəsmi bir şey yoxdur. Rəsmi olan kimi, bu barədə AzTV-nin mətbuat xidməti məlumat yayacaq. Mənimlə görüşün olub-olmaması ilə bağlı heç nə deyə bilmərəm. Bu, daxili məsələdir. Bununla bağlı açıqlama verə bilmərəm”.

Emin Səfərov